Dəmiryol keçidində qəza: xəsarət alanlar var

Azərbaycanda drezinlə minik avtomobili toqquşub.

AzNews.az- ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 9 km aralı) "MPT-4" markalı drezin Bərdə-Yevlax istiqamətində hərəkət edərkən dəmiryol keçidində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə, avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar. Xəsarət alanlar xəstəxanaya aparılıb. Drezinin yanacaq çənindən dəmiryol xəttinə dağılan yanacaq FHN-İN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yuyulub. Əməliyyat saat 09:30-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az