Vampir qəbiristanlığı tapıldı - Polşada

Polşanın Gilvice qəsəbəsində tapılan vampir qəbiristanlığı hər kəsi şoka salıb.


"Telegraph" qəzetinin xəbərinə görə, arxeoloqlar məzarları gördükləri zaman onların adi insanlara deyil, vampirlərə məxsus olduğunu anlayıblar. Çünki ölülərin başları kəsilərək ayaqlarının üstünə qoyulmuşdu. Yəni onlar başları kəsildikdən sonra dəfn edilib.

Vampirlərin belə dəfn edilməsinin səbəbi isə olduqca maraqlıdır. İnsanlar vampirlərin dirilməsindən qorxduqları üçün onların başlarını kəsirmişlər. Tarixdə vampir olduqları üçün öldürülən onlarla adam var. Xristianlığa keçiddən sonra bir çox ölkələrdə bu adət davam etdirilirdi. Lakin sonuncu vampirin harada yaşadığı hələ də bəlli deyil .


AzNews.az