- Köhnə - Cəmiyyət
- 24 İyul 2013 12:38
- 5 353
Nicat Dağlardan yeni xəbər var

Məlumatı "Media forum" saytına jurnalistin qayını Məqsəd Rəhimov verib.
Məqsəd Rəhimov bildirib ki, Frankfurt şəhərində müalicənin istiqaməti müəyyənləşəcək: "Həkimlər əməliyyata ehtiyac olub-olmadığına qərar verəcəklər. Nicatla Almaniyaya mən gedirəm. Orada nə qədər qalacağımız həkimlərin verdiyi qərardan asılı olacaq. Mənə məlumat verdilər ki, Frankurtda bizi Azərbaycan səfirliyin nümayəndələri qarşılayacaq. Çatan kimi Nicat klinikaya yerləşdiriləcək".
Nicat Dağların müalicəsini prezident İlham Əliyevin tapşırığı ilə dövlət öz üzərinə götürüb.
AzNews.az