Qarabağda hərbi hissələrin birində əsgər ölüb

İyulun 23-də Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində hərbçi dünyasını dəyişib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, əsgər ürək tutmasından ölüb.

Hərbçinin adı və ölümün baş vermə səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

Xatırladaq ki, iyulun 22-də Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində 19 yaşlı əsgər Narek Ovsepyan bədbəxt hadisə nəticəsində ölmüşdü.

AzNews.az