Maşın körpüdən aşdı: ölən var

İyulun 24-də Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 17.00 radələrində rayonun Başkənd kəndinin ərazisində Turşsu kənd sakini Tapdıq Qələndərov idarə etdiyi "VAZ-2121" markalı avtomaşını körpüdən aşırıb. Nəticədə T.Qələndərov aldığı xəsarətdən hadisə yerində ölüb.

AzNews.az