Qocalar evində yanğın: 10 ölü

Çinin şimal-şərqindəki Heylongciang əyalətindəki qocalar evindən birində çıxan yanğında 10 nəfər yanaraq ölüb.

AzNews.az-ın xarici mətbuata istinadən məlumata görə, yanğının gecə xəstələrin qaldığı binada çıxdığı və ölənlərin hamısının yaşlı olduğu bildirilib.

Yanğın baş verən zaman yanan binada 32 nəfərin olduğu, ümumilikdə isə 7 min kvadrat metrlik nəhəng qocalar evində 283 yaşlının yaşadığı qeyd olunub.

Yanğının qəsdən törədildiyi ehtimal edilir.

Elman
AzNews.az