Killer hücumuna məruz qalan biznesmen erməni olub

Rusiyanın Stavropol şəhərində killer hücumu nəticəsində 2 övladı öldürülən biznesmen erməni əsilli olub. Xaçatur Kazaryan adlı erməni iş adamının evinə maskada hücum edən killerin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Hücum nəticəsində biznesmenin 11 yaşlı qızı və 16 yaşlı oğlu öldürülüb. Biznesmenin 44 yaşlı arvadının vəziyyəti isə ağırdır.

"Lifenews" xəbər verir ki, biznesmen özü hadisə zamanı hamam otağında olduğundan xəsarət almayıb.

Elnarə
AzNews.az