Yerin yaxınlığından asteroid keçdi

Yerin 11 min km yaxınlığından asteroid keçib. Hadisə sentyabrın 29-na keçən gecə baş verib. Rusiya mətbuatı bu xəbəri Astronomiya İnstitutunun astronomu Vladimir Lipunova istinadən yayıb.

Onun sözlərinə görə, asteroid barədə bütün məlumatlar əlaqədar qurumlara göndərilib. Hazırda asteroid müşahidə olunması mümkün olmayan ərazidə hərəkət edir. Hələlik onun kosmik aləmdə axtarışları nəticə verməyib.

Elnur
AzNews.az