“Cəhənnəm“ə bənzər planet tapıldı

Astronomlar ilk dəfə Yerə bənzər uzaq planetin rəngini müəyyən ediblər.

Amma ilkin bənzərlik aldadıcıdır - bu planetin temperaturu min dərəcələrlə ölçülən atmosferində güclü küləklər əsir, qaynar şüşədən yağışlar yağır.

Yerdən cəmi 63 işıq ili aralıqda yerləşən və öz ulduzunun ətrafında fırlanan ulduzun atmosferində metan tapılıb. Həm də orada karbon qazı da var.

Onun rəngi mavidir və ölçüsü təxminən Yupiterinkinə yaxındır. Həmçinin öz ulduzuna çox yaxındır və başına cəmi iki günə fırlanır. (anspress)


AzNews.az