Əri Rusiyaya gedən gənc qadın Bakıda dilənçilik edir – Ailə dramı

Həyat yoldaşı tərəfindən tərk edilən gənc qadın dilənçilik etməyə məcbur qalıb.

AzNews.az-a daxil olan məlumata görə, hadisə Bərdədə baş verib. Həyat yoldaşı 22 yaşlı gənc qadını övladı ilə bərabər qoyaraq Rusiyaya gedib.

Bir müddət sonra oğlunun geri dönmədiyini görən ana gəlini 2 yaşlı övladı ilə bərabər evdən qovub. Çıxış yolunu Bakıya gəlməkdə görən gənc qadın paytaxt küçələrində uşağı ilə birgə dilənçilik etməyə məcbur qalib.

Sonra o, "Təmiz dünya" İctimai Birliyinə müraciət edib.

Təşkilatdan verilən məlumata görə sığınacaqla təmin edilən gənc qadın 20 günə yaxın müddətdə övladı ilə bərabər burada qalıb: "Əsas problem qadının həyat yoldaşının baş verənlərə münasibətidir. Ancaq onunla əlaqə yaratmaq mümkün olmur".

Elnarə
AzNews.az