18 yaşlı qız 1 aylıq körpəsi ilə evdən qaçdı- Bakıda

Bakıda ana və 1 aylıq körpəsi itkin düşüb.

Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Birinci Alatava yaşayış massivində yaşayan 1994-cü il təvəllüdlü Əhmədova Fərqanə Omar qızı 1 aylıq körpəsi Bayramov Əli Elvin oğlunu da götürərək evdən gedib. Bir neçə gün ailə üzvləri onu axtarsa da, tapa bilməyib və hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.

Yaxınları onların xarakterik əlamətlərini bildiriblər və gedərkən F.Əhmədovanın sənədlərini və vacib əşyaları götürdüyünü də əlavə ediblər.

Hazırda ana və körpəsinin tapılması istiqamətində iş aparılır.

AzNews.az