- Hadisə
- 28 May 22:37
- 2 613
Azərbaycanla Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müzakirələri davam etdirəcək

Azərbaycanla Avropa İttifaqı (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən enerji və nəqliyyat əlaqələri sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialı üzrə müntəzəm fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Aznews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının mayın 22-də Brüsseldə keçirilən Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclasının yekunları üzrə yayılan bəyanatında deyilir.
Məlumata görə, tərəflər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən qarşılıqlı maraq doğuran xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparıblar. Onlar son yüksək səviyyəli təmasları alqışlayıblar və tərəflərin ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu nümayiş etdiriblər.