- Hadisə
- 12:53
- 2 295
Son altı ayda məişət zorakılığı ilə bağlı 40 mühafizə orderi verilib

2025-ci ilin ilk altı ayı ərzində məişət zorakılığı ilə bağlı 40 mühafizə orderi verilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, komitəyə həmin dövrdə müraciət edənlərin 160 nəfəri əri, 165 nəfəri yaxın qohumu, 37 nəfəri isə keçmiş əri tərəfindən zorakılığa məruz qalıb.
Zorakılıq törədənlərin 233 nəfəri kişi, 91 nəfəri qadındır.
AzNews.az