- Hadisə
- 09:07
- 1 293
Qubada toy karvanında avtoxuliqanlıq edən 8 nəfər saxlanılıb
Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.
Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.
AzNews.az