Kobaxidze seçkilərə kənardan intensiv müdaxilə edildiyini açıqlayıb

Gürcüstanda parlament seçkilərinə kənardan güclü müdaxilələr qeydə alınır.

Bu barədə respublikanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

"Bu cür müdaxilə əvvəllər də olub, Gürcüstan seçkilərinə kənar müdaxilə bu gün xüsusilə intensivdir və bu, təəssüf doğurur", - Gürcüstanın Birinci Kanalı hökumət başçısına istinadən bildirib.

Kobaxidze vurğulayıb ki, əvvəllər xarici qüvvələr Gürcüstan xalqının iradəsini dəyişdirə bilmədi və indi seçkilərə təsir etmək cəhdləri də heç bir nəticə verməyəcək.

Mövsüm

AzNews.az