Yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram Yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram
  • Paytaxt
  • 9 Dekabr 2019 16:38
  •  2 645

İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi

Yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram

Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə Odessa şəhərində kollecdə baş vermiş yanğında insan tələfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

AzNews.az