Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
  • Paytaxt
  • 21 Avqust 2020 16:55
  •  8 851

Baş Nazir sərəncam imzaladı

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamla Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Şuranın sədri

Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri
Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik
Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.