- Paytaxt
- 11:34
- 1 509
Ramiz Quliyevlə vida mərasimi keçirilir, Prezident və Mehriban Əliyeva əklil göndərib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti ilə vida mərasiminə əklil göndərib.
Mərasimdə Xalq artistinin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Ramiz Quliyev II-ci Fəxri xiyabanda dəfn ediləcək.
AzNews.az