- Paytaxt
- 12:58
- 1 397
XİN: Azərbaycan BMT-nin etibarlı tərəfdaşı olaraq qalacaq
Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının yaranmasının 80 illiyi və BMT Günü münasibətilə təşkilatı təbrik edib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
“Bu gün Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının 80-ci ildönümüdür. Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq, Azerbaijan BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək üçün səylərini əsirgəməyəcək. BMT Gününüz mübarək”, - paylaşımda qeyd edilib.