- Paytaxt
- 20:20
- 1 487
Bakıda keçiriləcək WUF13-ə hazırlıq Ər-Riyadda müzakirə olunub
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) tərəfdaşı olacaq və Ər-Riyadda aparılan müzakirələr çərçivəsində Forumun hazırlıqları, birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Aznews.az xəbər verir ki, Ər-Riyadda dayanıqlı şəhərsalma və urbanizasiya mövzuları müzakirə olunub.
Tematik sessiyalarda səsləndirilən fikirlərdə urbanizasiyanın yaratdığı çağırışlara, şəhərlərin sosial, iqtisadi və mədəni baxımdan dayanıqlı inkişafının vacibliyinə, eləcə də inklüziv və insan mərkəzli şəhər mühitlərinin formalaşdırılmasının əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, 4-15 dekabr 2025-ci il tarixlərində Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumu çərçivəsində baş tutan müzakirələrdə NGIC üzvləri – Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Avropa Komissiyasının sabiq üzvü (Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə) Dimitris Avramopoulos və BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır- dayanıqlı şəhərsalma, inklüziv urbanizasiya və müasir şəhər idarəçiliyi modelləri mövzularında çıxış ediblər.