Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub. Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.

General işdən çıxarıldı - Açıqlama

Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.


AzNews.az xəbər verir ki, bu barədə unikal.org saytı məlumat verib.

Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, X.Zeynalovu Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Məsələ ilə bağlı sayta danışan Xanlar Zeynalov işdən çıxması iləbağlı bunları deyib: "Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabayil Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb".