171 saylı orta məktəbin direktoru Telman Qardaşovun oğlu Turqay Qardaşov atasının ölümünü ATV-də gedən “Yoxlama” verilişi ilə əlaqələndirir. 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun oğlu Turqay Qardaşov atasının ölümünü ATV-də gedən “Yoxlama” verilişi ilə əlaqələndirir.

“Atamın ölüm səbəbi ATV-dəki veriliş oldu” - Direktorun oğlu danışdı

171 saylı orta məktəbin direktoru Telman Qardaşovun oğlu Turqay Qardaşov atasının ölümünü ATV-də gedən “Yoxlama” verilişi ilə əlaqələndirir.

AzNews.az xəbər verir ki, Turqay İstiPress-ə danışaraq bildirib ki, həmin verilişdən sonra atası çox əsəbiləşib.

“Həmin verilişdən sonra atam çox əsəbləşmişdi. Daha sonra isə uşaqların valideynləri atamı əsəbləşdirdi. Həkim dedi ki, əsəbdən insult olub. Atamın ölüm səbəblərindən biri də, həmin veriliş oldu"

Qeyd edək ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və veriliş qalmaqalla yekunlaşıb.