Azərbaycanda qarajlar nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək. Azərbaycanda qarajlar nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək.

Qarajlar nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək - Yeni qərar

Azərbaycanda qarajlar nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib.

Qərarda göstərilir ki, qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili sayılıb. Dəyişikliyə əsasən isə artıq qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili sayılacaq.

Dəyişiklik iyulun 1-dən qüvvəyə minir.

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda da müvafiq dəyişiklik edilib.

AzNews.az