Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub

Qoyun oğruları tutuldu

Sentyabrın 19-da Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, həmin gün saat 1 radələrində Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib.

Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər. Araşdırmalar zamanı onlar izahatlarında qeyd edilən qoyunları Saatlı rayonu ərazisindəki fermalardan
birindən oğurladıqlarını etiraf ediblər.

Hər üç şəxs toplanmış materiallarla birgə Saatlı RPŞ-yə təhvil veriliblər.