Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.

İlham Əliyev Lütfi Zadə ilə vida mərasimində iştirak edib - Fotolar + Yenilənib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.

AzNews.az xəbər verir ki, mərasimə dövlət və hökumət üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb.

Mərasim AMEA-nın əsas binasına keçirilir.

Elm və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

12:15

***

Dövlət başçısı mərhumun ailə üzvü ilə söhbət edib, dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

AzNews.az