"Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb". "Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb".

Gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb - Yenilənib

"Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".

16:21

***

Gələn il üçün siyasi partiyalara ayrılan vəsait artırılıb.

“APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ildə siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb.

Nazir qeyd edib ki, QHT-lərə ayrılan vəsait də 600 min manat və yaxud 2017-ci il illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub.

AzNews.az