Bakıda binadan yıxılan fəhlə qaçırılıb

Bakıda biznes mərkəzdə bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN" Plaza biznes mərkəzində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, fəhlə təcili yardım maşını ilə deyil, "BMW" markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.

AzNews.az