Elşad Abdullayev Fransa səfirinə müraciət etdi

Sabiq rektor kitabının plagiat olması iddiasına aydınlıq gətirib



Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeyə müraciət ünvanlayıb. Sabiq rektor müraciətin bir surətini də "Azadlıq"a yollayıb. Elşad Abdullayev səfirə yazır: "Fransız alimi Gi Brebanın "Fransanın inzibati huquq" kitabının mənim tərəfimdən oğurlandığını iddia edənlər huquqi baxımdan savadsızdırlar.

Brincisi, mübahisəli kitab mənbə kimi və edəbiyyat siyahsında qeyd olunarsa həmin nəşr plagiat hesab edilmir. Mənim tərəfimdən 1997-ci il tarixində nəşr olunan "Müqasiyəli inzibati hüquq" adlı kitabın 6-cı səhifəsində Brebanın kitabı əsas mənbə kimi göstərilmiş və həmin kitabın bazasında tərtib olunduğu qeyd edilmişdir.
Ikincisi, kitab fransız dilində deyil, Azərbaycan dilində nəşr olunmuşdur.
Ücüncüsü, nəşr olunan hüquq kitabı hər hansı gəlir əldə etmək məqsədi daşımamışdır".

Elşad Abdullayev kitabın plagiat olmadığını çoxsaylı arqumentlərlə əsaslandırdıqdan sonra bildirib ki, bu, qardaşının oğurlanması ilə bağlı cinayətin açılmasını tələb etdiyinə görə, onu susdurmaq üçün ortaya atılmış iddiadır:

"13 oktyabr 2003-cü il tarixində qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyüvin sifarişi ilə dövlətin gücündən istifadə olunaraq oğurlanıb. Məqsəd mənim təsis etdiyim Azərbaycan Beynəlxalq Universiteti əlimdən alıb öz yaxın qohumu "KQB" polkovniki Fikrət Əliyrvin adına keçirmək və külli miqdarda pul almaq olmuşdur. Biz bundan imtina etdikdə bütün əmlakımı, əldə etdiyim elmi dərəcələri və vəzifələri ləğv etməyə başladılar".

AzNews.az