“Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dələduzluq edən direktor azadlığa buraxıldı

“Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az "Olkə. Az"a istinadən xəbər verir ki, Telman Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləyib.

İttihama görə, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində yerləşən 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. Telman Səlimov Şakir Hüseynov tərəfindən binada mənzil satmaq adı ilə dələduzluq etmək qərarına gəlib.

Telman Səlimov həmin binanda tikinti qaydalarının pozulduğu üçün dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib.

Buna baxmayaraq, o, Sumqayıt şəhər sakini Rafiq Bəylərova 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunaraq qısa müddətdə başa çatdırılmaqla mənzilin verilməsi barədə yalan məlumat verib.

O, Rafiq Bəylərovu aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə həmin yaşayış binasının 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetr sahəsini 300 ABŞ dolları olmaqla 15000 ABŞ dollarına satılması barədə rəsmi sənəd olan saxta 8 aprel 2016-cı il tarixli müqavilə tərtib edib.

Telman Səlimov icraçı qismində sənədi imzlayaraq “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının möhür əksini vurub, Rafiq Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq 7231 manat alıb.

İstintaq orqanı tərəfindən Telman Səlimova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Telman Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti təyin olunmaqla 9 il 4 ay 10 gün müddətə olan həbs cəzası şərti hesab edilib.

Hökmdən zərərçəkmiş Rafiq Bəyllərov apelyasiya şikayəti verib. O hökmün məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş edib.

Apellyasiya şikayətini belə əsaslandırıb ki, işin məhkəmə tərəfindən faktiki halları ətraflı araşdırılaraq məhkumun əməli cinayət qanunu ilə düzgün tövsüf edilsə də, məhkuma törətdiyi cinayət hadisəsinin ictimai təhlükəlilik dərəcəsinə və ağırlığına, məhkumun şəxsiyyətinə uyğun olmayan cəza verilib.
Zərərçəkmişin fikrincə, qeyd olunan cinayət hadisəsinin obyekti özgənin mülkyyəti, təqsirin forması cinayətin qəsdən törədilməsi, onun az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliliyi isə vurulmuş maddi ziyanın məbləğidir, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almayıb.
Şikayətdə qeyd edilib ki, təqsirləndirilən şəxs Telman Səlimovun əvvəllər də eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunması, hazırki cinayət əməlini şərti məhkumetmə dövründə törətməsi və vurulmuş maddi ziyanı tam olaraq ödəməməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb.

Zərərçəkmiş qeyd edib ki, Telman Səlimova təkrarən təyin olunmuş şərti məhkumetmə təqsirkarın şəxsiyyətinə və törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsinə uyğun olmayıb.

Zərərçəkmişin qeydinə görə, məhkəmə əsassız olaraq onun cəzaçəkmədən islah olunacağını hesab edib:
“Bu səbəbdən təqsirləndirilən şəxsə təyin edilmiş şərti məhkumetmənin cəzanın məqsədinə xidmət etmədiyindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real olaraq çəkilməsi, həmçinin 9000 ABŞ dolları məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair mülki iddiamın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

Zərərçəkmişin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, zərərçəkmiş şikayəti təmin edilməyib.

Qeyd edək ki, Telman Səlimov 2008-ci ildə iş adamları - Şakir“ MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, İlham Hüseynov, Əşrəf Orucov ilə birlikdə mühakimə olunub. Həmin ittihama görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 16 mərtəbəli və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar qəzalı vəziyyətdə olan binaları aldararaq vətəndaşlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş var. İş adamları vətəndaşlara 2 milyon manata yaxın ziyan vurublar.

Məhkəmə həmin məhkumlara 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin etmələri barədə qərar qəbul edib.

Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə Bakı Apellyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib.