Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar həbs edildi

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.