- Köhnə - Cəmiyyət
- 15 Mart 2013 16:54
- 2 811
Şimal bölgəsində yeni yaşayış məskənləri salına bilər
Deputat Əli Məsimli 2013-cü ildə hökumətin Şəkinin 50 kəndinin qazlaşdırılacağını bəyan etdiyini xatırladıb və bildirib ki, 10-15 kənd qazlaşdırılsa, bunu böyük uğur kimi qəbul edəcək. O, ayda 100-120 manat ödənişlə vətəndaşlar üçün mənzillərin tikilib istifadəyə verilməsini də təklif edib.
Millət vəkili Asəf Hacıyev informasiya-kommunikasyia texnologiyalarının (İKT) iqtisadiyyatda xüsusi rol oynadığını vurğulayıb. O, bu gün Azərbaycan büdcəsinin Cənubi Qafqaz ölkələrinin ümumi büdcəsinin 76 faizini təşkil etdiyini nəzərə çatdırıb: "Bu illər ərzində Azərbaycan büdcəsi 17 dəfə artıb, elm xərcləri isə cəmi 7,4 dəfə artıb. Bununla elmi stimullaşdırmaq olmaz. Bu gün Azərbaycanda elmə ayrılan vəsait büdcənin 0,7 faizini təşkil edir. Dünyada təsdiqini tapıb ki, əgər elmə ayrılan vəsait büdcənin 2 faizini təşkil edərsə, o halda elm gəlir gətirməyə başlayır. Elmə diqqət artmalıdır".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hökumətin və dövlətin 2012-ci ildə fəaliyyəti uğurlu olub. Ə.Hüseynli məhkəmə-hüquq sahəsində də kifayət qədər işlər görüldüyünü söyləyib: "Biz son iki ildə inzibati sahədə fəaliyyət götərən məhkəmələr yaratdıq. Bu məhkəmələrdə qəbul edilən qərarların 80 faizi sahibkarların və vətəndaşların lehinə olub". Komitə sədri Azərbaycanın işğal olunmuş ərazilərindən qaçqın düşən insanların ölkənin müvafiq yerlərində məskunlaşması təklifinə də toxunub. O dövlətin qaçqınlar üçün yeni yaşayış yerlərinin salınması xatırladaraq bunu təqdir edərək bununla bağlı yeni təkliflə çıxış edib: "Azərbaycanın Böyük Qafqaz dağlarının ətəyinə düşən şimal hissəsində bu vətəndaşlarımızla bağlı yeni yaşayış məskənləri salmalıyıq. Təbii yüksək dağlıqda yox, həmin dağlıq ərazilərin ətəyində belə yaşayış məskənlərinin salınmasının lazımlığını hökumətin nəzərinə çatdırmaq istəyərdim".
AzNews.az