- Köhnə - Cəmiyyət
- 16 May 2018 10:46
- 4 316
Bakı-Quba yolunda qoz ağacları kəsildi - Foto
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.
Nazirlikdən AzNews.az-a bildirilib ki, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkarlanıb və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib.