Xaçmazda akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova ali məktəblərə qəbul imtahanında 700 bal toplayıb. Xaçmazda akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova ali məktəblərə qəbul imtahanında 700 bal toplayıb.

700 bal yığan tələbə: “Heç sevinmədim”

Xaçmazda akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova ali məktəblərə qəbul imtahanında 700 bal toplayıb.

O, AzNews.az-a açıqlamasında təhsilini maliyyə ixtisası üzrə davam etdirəcəyini dedi:

“İmtahanın cavabları açıqlanan gün ürək edib nəticələrə baxa bilmədim. Çünki bir sualdan şübhələnirdim. Düşünürdüm ki, birdən həmin sualı kodlaşdırmaram. Müəllimlərimdən biri baxdı, dedi ki, “Jalə 700 bal toplamısan”. İlk olaraq heç sevinmədim. Amma sonradan ailəmin sevincini görəndə qürur hissi keçirdim”.

Bahar RÜSTƏMLİ
AzNews.az