Bu ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) keçirdiyi reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Bu ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) keçirdiyi reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov edənlər cərimələnib

Bu ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) keçirdiyi reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

ETSN-nin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.

Bundan brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb.