- Köhnə - Cəmiyyət
- 10 Aprel 2013 09:23
- 2 232
Sınaq imtahanının nəticələri açıqlandı

TQDK-nın mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, imtahanın nəticələri Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib. İmtahan iştirakçıları nəticələrlə yanaşı, cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.
Qeyd edək ki, sınaq imtahanları 28 şəhər və rayonda ümumilikdə 46 binada keçirilib. İmtahanda respublika üzrə 34 mindən artıq abituriyent iştirak edib.
AzNews.az