"Dünya TV" rəqəmsal yayıma keçdi

Bu gün region televiziyaları arasında ilk dəfə olaraq "DÜNYA TV" (DTV) rəqəmsal yayıma keçib. Artıq şimal bölgəsi Dünya Tv-yə baxa biləcək.

Rəqəmsal yayımın açılışında Sumqayət Şəhər icra başşısı Eldar Əzizov, Milli Televiziya və Radio Şurasının Texniki Şöbəsinin rəhbəri İsa Məmmədov, İREX-in Azərbaycan nümayəndəliyinin rəhbəri Angela Nicoara, "İREX Azərbaycan"ın hüquqşünası Ələsgər Məmmədli, İnternews Azərbaycan təşkilatının rəhbəri İlham Səfərov və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti 1999-cu ilin noyabrından fəaliyyət göstərir.

Ruhiyyə
Aznews.az