TQDK abituriyentlərə müraciət etdi

Ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün 87 minə yaxın abituriyent sənəd verib



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır. Göstərilən vaxta qədər abituriyentin "Elektron ərizə" si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə "Elektron ərizə" doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.

AzNews.az