Daha bir həkim səhlənkarlığı Qubada - VİDEO

Qubanın Amsar kəndində yaşayan Zərbəliyevlər ailəsi 6 yaşlı övladlarının həkim səhlənkarlığı ucbatından lal-kar olduğunu bildirərərək, uşağın müailicəsində dövlət qurumlarından kömək istəyirlər.

Qədir Zərbəliyev 6 yaşlı nəvəsi Rəvanın həkim səhvi səbəbindən danışıq və eşitmə qabilliyyətini itirdiyini deyir. Onun sözlərinə görə 2010-cu il mart ayının 11 də Rəvan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qasıx yırtığından həkim Nurəddin Abdurrzayev tərəfindən əməliyyat edilib. Əməliyyatdan 2 ay sonra uşağın lal-kar olduğunu müşahidə ediblər. Bu faktı paytaxtdakı özəl kilinikalarda və Ə.Qarayev adına respublika uşaq xəstəxanasında da təsdiq ediblər.

Rəvanın anası İntizar Zərbəliyeva deyir ki, uşağın antibiotiklərdən sonra eşitmə qabiliyyətini itirməsi faktını Quba rayon Mərkəzi Xəstəxanası rədd edib və Bakıdan tələb olunan lazımı müalicə sənədlərinidə verməkdən imtina edib.

İntizar Zərbəliyeva, uşağın anası: "Gedib həkimə şikayət eləmişik ki, belə olub. Bizə əksinə cavab verirlər ki, bizdə olmayıb. Bizədəki Bakıdan özəl xəstəxanaların həkimləri ki, zəng vurdu müalicə yazmaq üçün hansı ki, narkozun qədərin antibiotikin qədərin hansıkini vurmusuz onları öyrənmək üçün ki, əksinə müalicə yazmaq üçün. Bizə onuda məlumat vermədilər ki, narkozun qədəri nəqədər olub".

İndi ana 6 yaşlı Rəvanı nə məktəbə nədə uşaq baxçasına qoya bilmədiyini deyir. Onun sözlərinə görə uşağın eşitmə qabiliyyətini gücləndirmək üçün təyin edilən xüsusi müalicə kursunu da imkansızlıqdan apara bilmir.

Uşağın anası, İntizar Zərbəliyeva: "Özəl xəstəxanalarda bizdən 30 min Avro ilkin ödəniş üçün pul istədilər. Dedilər uşağın müalicəsi Azərbaycanda olunur ancaq 30 min Yevroya ilkin ödənişi o qədərdir. Mənimdə imkanım çatmır o məbləği qiyməti ödəməyə".

Quba Rayon Mərkəzi Xəstəxanasında Zərbəliyevlər ailəsinin şikayətini əsassız və böhtan hesab edirlər. Baş həkim İsmayıl Mirzəliyev bildirdi ki, müxtəlif ali dövlət qurumlarına şikayət edən ailənin müraciəti dəfələrlə və əsaslı şəkildə araşdırılıb. Rəvan Zərbəliyevin əməliyyat müddətində aldığı müalicədən lal-kar olması təsdiq olunmayıb. Barəsində deyilənləri təkzib edən əməliyyat həkimi Nurəddin Abdurrzayevın fakta münasibəti isə belə oldu.

Uşağı əməliyyat edən həkim, Nurəddin Abdurrzayev: "Vurulduqu dərmanlar antibiotik Ampicilin alınıb və 1 tabletka sakitləşdirici iynə Dimedrol vurulub 2 gün müddətində uşağa. Biz elədiyimiz əməliyyatın və anestazeoloq tərəfindən vurulduğu dərmanların kar olmağıynan heç bir səbəb yoxdur. Lor həkimi tərəfindən uşaq baxılıb və belə bizim tərəfimizdən əməliyyat ilə müalicə aparılma müddətindəki vurulduğu dərmanlar karlığa səbəb deyil. Çox güman ki, uşağın anadan gəlmə ola bilsin ki, qüsuru olub".

40 il stajı olduğunu deyən həkimin sözlərinə görə Rəvan Zərbəliyevdən sonra Cərrahiyyə şöbəsində 100-yaxın azyaşlı uşaq qasıx yırtığından əməliyyat olunub və onlarda lal-karlıq əlaməti müşahidə olunmayıb. Fakt isə faktlığında qalır. Yaşıdları kimi məktəbə getmək istəyən 6 yaşlı Rəvan səhlənkarlığın qurbanı olub. Günahın kimdə olmasını isə ailə səhiyyə nazirliyinə müraciət əsasında təyin olunan ekspertiza rəyindən sonra öyrənə bilər.




AzNews.az