Milli Məclisin üzvü Fazil Mustafa baş nazirin müavini, Bakıdakı yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistlərlə kobud rəftarına münasibət bildirib. Milli Məclisin üzvü Fazil Mustafa baş nazirin müavini, Bakıdakı yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistlərlə kobud rəftarına münasibət bildirib.

Millət vəkilindən Abid Şərifova etiraz: “Həbsxana jarqonu ilə danışır”

Milli Məclisin üzvü Fazil Mustafa baş nazirin müavini, Bakıdakı yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistlərlə kobud rəftarına münasibət bildirib.


AzNews.az xəbər verir ki, millət vəkili bu barədə Facebookda status yazıb. O, Abid Şərifovi jurnalistlərlə həbsxana jarqonunda danışmaqda ittiham edib. Həmin statusu olduğu kimi təqdim edirik:
"Baş nazirin müavini Abid Şərifovun açıqlamalarının bu iqtidara hansı divident gətirdiyini heç cür anlaya bilmədiyimə görə, hansı əsaslandırma ilə cəmiyyətin, xüsusilə də sıxıntı və acılar yaşamış sakinlərin qarşısına çıxarıldığının da izahını verə bilmirəm. Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır, izah edir ki, nəzarəti əlindən alıblar, sətiraltı deyir ki, hansısa qurumun da məsuliyyətinin nə olduğunu müəyyənləşdirmək çətindir. Arabir də öz üslubunda acı durumda olan vətəndaşa təsəlli və ümid verir. Abid müəllim isə fərqli bir üslub sərgiləyərək həbsxana jarqonu ilə vətəndaşların və jurnalistlərin suallarını geri çevirir. Heç şübhəsiz ki, binalarda üzləməyə başlarkən biriləri etiraz edən vətəndaşlara demiş ki, üzləməni mənim şirkətim aparacaq, hə, əcəb edəcəyəm, nə olsun. Bu "əcəb edirəmin", "kabadayılığın" sonu o olur ki, günahsız insanlar gözlərini açıb ağır faciə ilə qarşılaşırlar və həyatları alt-üst olur. Eyni ifadəni indi baş nazirin müavini ağır faciədən sonra ən azı təsəlli verməyə borclu olduğu vətəndaşa deyir: söküntünü aparan mənim şirkətimdir, nə sözünüz ola bilər? İndi izah edin görüm bu iqtidara yüksək ranqlı məmurların belə xidmətinin adına el arasında nə deyirlər?"

Qeyd edək ki, bir neçə gün əvvəl Abid Şərifov jurnalistlərin yanan bina ilə bağlı suallarını "özünəməxsus" şəkildə cavadlandırmışdı. O, binaları hansı şirkətin üzləcəyi ilə bağlı suala "Sənə dəxli var? Alabala" cavabını vermişdi.