- Köhnə - Cəmiyyət
- 5 İyun 2015 11:24
- 5 563
“İlham Mirzəyevlə yollarımız ayrıldı” – Vəkildən açıqlama
Hazırda məhbus həyatı yaşayan tanınmış teleaparıcı İlham Mirzəyevlə vəkili Xanlar Babayevin yolları ayrılıb.
Bu barədə AzNews.az-a vəkilin özü məlumat verib. Vəkil bunun səbəbini İ.Mirzəyevlə aralarında bağlanan müqavilənin başa çatması ilə əlaqələndirib:
"İlham Mirzəyevlə bağlı məhkəmə prosesləri başa çatıb. Mən bir vəkil kimi əlimdən gələni etdim. Əgər yenə də hər hansı bir məhkəmə olarsa, o zaman müqavilə bağlanmalıdır".
Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az