Bakıda yağmursuz və küləkli hava hakim olacaq

Oktyabrın 18-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalına əsasən Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, mülayim küləkli hava şəraiti müşahidə olunacaq.

Elnarə Əlosmanqızı
AzNews.az