Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb.

Azərbaycan ordusunda taktiki yerdəyişmə - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb.


AzNews.az xəbər verir ki, Report-un redaksiyasına oxucular tərəfindən göndərilən videoda Silahlı Qüvvələrin tanklardan və digər zirehli maşınlardan ibarət hərbi texnika karvanının irəliləməsi görünür.

Videonun müəllifləri hərbi texnikanın cəbhəyanı rayonlar istiqamətində irəlilədiyini vurğulayıblar.

Müdafiə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, videoda təqdim olunan görüntü Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının adi taktiki yerdəyişməsidir, xüsusi dislokasiyadan söhbət getmir.