Media eksperti jurnalistləri fəaliyyətsiz mətbuat xidmətləri ilə sərt davranmağa çağırdı. Media eksperti jurnalistləri fəaliyyətsiz mətbuat xidmətləri ilə sərt davranmağa çağırdı.

Ekspert:“O mətbuat xidmətlərini məhkəməyə verin!”

Media eksperti jurnalistləri fəaliyyətsiz mətbuat xidmətləri ilə sərt davranmağa çağırdı.


Müəyyən orqanların mətbuat xidmətlərinin işləməməsi və yaxud işləyirmiş kimi görünərək jurnalitləri "başdan etməsi" heç kimə sirr deyil.

Jurnalist məlumat əldə edir, əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün təbii ki, sözügedən qrumun mətbuat xidmətinə müraciət edir. Cavabında telefonlar ya sönülü olur, sönülü olmasa da cavab verən olmur, bəziləri isə ""sualınızı "e-mail"imiza göndərin rəsmi cavab verək"" deyir.

Elektron poçta suallar yazılıb göndərilir və əsgərlikdə sevgilisindən məktub gözləyən əsgərlər kimi kompüterin qarşısında vurnuxma başlayır. Cavab bir neçə günə gəlir, ancaq vaxtında verilməyən cavab kimə və nəyə lazımdır? Jurnalist əldə etdiyi materialı ya risk edib yayır, ya da hazırladığı materialın üzünə baxa-baxa qalır, hansı ki, məlumat cəmiyyət üçün çox lazımlıdır və onu vaxtına vermək lazımdır.

Ölkədə elə idarə və təşkilatlar da var ki, rəhbərini tapmaq mümkündür, mətbuat xidmətinin əməkdaşını tapmaq isə mümkün deyil.

Bəzi mətbuat xidmətləri isə press-reliz yaymaqla işlərini bitmiş hesab edirlərr. Media ilə işləmək, jurnalistləri maraqlandıran suallara cavab vermək isə onlarlıq deyil. Bunun nəticəsidir ki, jurnalistlər hər-hansı bir məlumatı dəqiqləşdirmək üçün alternativ mənbələrə çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində qalırlar.

Mətbuat xidmətlərinin fəaliyyətinə, daha dəqiq desək fəaliyyətsizliyinə media eksperti Zeynal Məmmədli Ölkə.az-a münasibət bildirib:

"Məlumat əldə etmək barədə mətbuat xidmətlərinin fəaliyyət prinsipləri qanunla təmzinlənib. Jurnalistlərin məlumat almaları üçün mətbuat xidmətləri onlar üçün əliçatan olmalıdır. Onları işləməyə məcbur etmək üçün jurnalist qrumlara, təşkilatlara basqı etməlidir. Bunun üçün hökümətə, həmin nazirliklərə, dövlət qrumlarına üz tutmalıdır.

Azərbaycan reallığında biz bunu görmürük. Özəlliklə Mətbuat şurası, Milli Teleradio Şurası və bundan əlavə digər jurnalist təşkilatları mətbuat xidmətləri ilə bağlı dövlətə müraciət edib bu problemi həll etməlidir. Bu məsələlər qanunla tənzimlənib, əgər o qrumların mətbuat xidmətləri jurnalistləri və insanları informasiya ilə təmin etmirsə, buna görə məsuliyyət də nəzərdə tutulur. Ən effektli yol, məhkəmə yolu, bir də jurnalistlərin etiraz piketləridir.

İşləməyən mətbuat xidmətlərinə bir yandan məhkəmə yolu ilə basqı etmək, digər yandan da onların fəaliyyətsizliyi haqda ictimayəti məlumatlandırmaq lazımdır. Məsələnin mahiyyətinə görə, təcili cavab verilməli olan suallar və ya maksimum 1 həftə müddətində cavab verilməli olan məlumatlar var. Jurnalist qurumları bu halları ictimayyətə "dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətsizliyinə gör biz sizi dolğun məlumatlandıra bilmirik" kimi çatdırmalıdırlar".