Belçikada Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəedilməsi sahəsində illik Dünya Konqresi keçirilib. Belçikada Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəedilməsi sahəsində illik Dünya Konqresi keçirilib.

Azərbaycan Beynəlxalq Konqresdə - Tullantıların idarəedilməsi

Belçikada Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəedilməsi sahəsində illik Dünya Konqresi keçirilib.


AzNews.az xəbər verir ki, Konqresdə tanınmış beynəlxalq məruzəçilər, bütün dünya üzrə bu sahədə siyasəti müəyyən edən müxtəlif qurumların nümayəndələri bir araya gələrək tullantıların idarəedilməsi sektorunda son elmi və texnoloji nailiyyətlərə dair bilik və təcrübə mübadiləsi aparıblar.

Logistikaya həsr edilmiş sessiyada "Azərbaycanda tullantıların çeşidlənmiş və innovativ yolla toplanılması prosesində logistikanın optimallaşdırılması: "Təmiz Şəhər" ASC-nin nümunəsi" mövzusunda prezentasiya ilə qurumun nümayəndəsi Oqtay Məmmədov çıxış edərək ölkədə görülən işlər haqqında danışıb.

Konqres çərçivəsində tədbirin təşkil olunduğu Antverpen şəhəri və onun yaxınlığında yerləşən bərk məişət tullantılarının idarəedilməsi sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrə məlumat turları təşkil edilib.

AzNews.az