“Yeni il qabağı əfv sərəncamının verilib-verilməyəcəyi hələki dəqiq bilinmir”. “Yeni il qabağı əfv sərəncamının verilib-verilməyəcəyi hələki dəqiq bilinmir”.

Yeni il qabağı əfv olacaq? - Açıqlama

“Yeni il qabağı əfv sərəncamının verilib-verilməyəcəyi hələki dəqiq bilinmir”.


Bunu AzNews.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı deyib. Bildirib ki, komissiya hazırda daxil olan bütün müraciətləri araşıdırır: "Prezident İlham Əliyev vaxtaşırı əfv fərmanları imzalayır. Bu, onun səlahiyyətində olan bir məsələdir. Komissiyanın üzvlərinin hər birinə məhkumların ailə üzvlərindən, qohumlarından və özlərindən müraciətlər daxil olur. Bununla əlaqədar olaraq müraciətlərin üzərində işlənilir, analizlər aparılır. Komissiya aktiv şəkildə fəaliyyət göstərir. Daxil olan bütün müraciətlər araşdırılır və təhlil olunur. Yekun rəyi isə prezident verir. Bu səbəbdən yaxın vaxtlarda əfv sərəncamının verilib-verilməməsi dəqiq bilinmir".

İnsan Haqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə AzNews.az-a bildirib ki, onlara parlament seçkilərindən sonra iclasın olacağı ilə bağlı məlumat verilib: "Bizə iclasın olacağını demişdilər. Amma hələ ki, bir xəbər yoxdur".

Qeyd edək ki, əfvlə bağlı sonuncu sərəncam 2015-ci ilin martın 18-də imzalanıb. Həmin fərmanla 90 nəfər məhbus cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.

Sevinc Yasinqızı