Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biridir Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biridir

Saç tökülməsinin səbəbləri

Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biridir

Bəziləri onu normal proses kimi qəbul etsələr də, bəziləri isə narahatlıq hissi keçirərək həkimə üz tutur.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova həmin müraciətlərlə əlaqədar danışıb: "Saç tökülməsi bir neçə səbəbdən - həm daxili, həm xarici amillərdən yaranır. Xarici amillərə, yəni ekzogen amillərə xanımların istifadə etdiyi kimyəvi boyalar, daxilə qəbul edilən həblər, uzun müddət antibiotiklərdən istifadə edilməsi daxildir.

Daxili amillərə daxili orqanların xəstəlikləri, qaraciyər və böyrək problemləri, infeksiya xəstəlikləri, periferik qan dövranının pozğunluqları və digər səbəblər aid edilir. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək və stress saç tökülməsini artıran səbəblər sırasındadır. Saç tökülməsi hər iki cinsdə təsadüf edilsə də, keçəlləşməyə daha çox kişilər arasında rast gəlinir, çünki hormon və genlər bu sahədə mühüm rol oynayır”.

Həkim-dermatoloq deyib: "Saç tökülmələri içərisində ən geniş yayılanı androgen allopesiyalarıdır, buna kişi tipli saç tökülməsi deyilir. Lakin ona xanımlar arasında da təsadüf edilir. Kişilərin 80 faizi onunla üzləşsə də, xanımlarda keçəllik olmur, çünki xanımların saç kökü kişilərə nisbətən 2 millimetr daha dərində yerləşir”.(AZƏRTAC)

AzNews.az