Ermənistan cəngəllik qanunları ilə idarə olunur Ermənistan cəngəllik qanunları ilə idarə olunur

“Biz mülki əhalini qorumaq məsuliyyəti daşıyırıq”

Ermənistan cəngəllik qanunları ilə idarə olunur

“Oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasına baxmayaraq, ondan 1 gün sonra Ermənistan münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutdu”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Gəncədə heç bir hərbi hədəf yox idi, sadəcə Ermənistan mülki əhalini atəşə tutur: “Ermənistan cəngəllik qanunları ilə idarə olunur. Gəncədə baş verənlər yaşamaq hüququnun Ermənistan tərəfindən açıq pozuntusu idi. Onlar fikirləşirdilər ki, mülki əhalini hədəfə almaqla Azərbaycan xalqının iradəsini sındıra biləcəklər.

Bildiyiniz kimi, Azərbaycan humanitar atəşkəsə razılıq verib, amma bundan dərhal sonra Ermənistan öz silahlı qüvvələrini yenidən bərpa etməyə və döyüş zonasına gətirməyə başlayıb. Prezidentin bildirdiyi kimi, Azərbaycan Ermənistan xalqına qarşı müharibə aparmır. Azərbaycan Ermənistanın heç bir mülki əhalisini hədəfə almayıb. Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənib. Ermənistan tərəfi özünə qarşı mövcudluq təhdidindən danışır. Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətindədir. Hücum olarsa, biz mülki əhalini qorumaq məsuliyyəti daşıyırıq. Beynəlxalq hüquq mülki hədəfləri və hərbi hədəfləri ayırmaq tələbi irəli sürür. Haaqa Konstitusiyası müdafiə olunmayan şəhər, kənd və qəsəbələrinin hədəfə alınmasını qəti şəkildə qadağan edir”.