- Mədəni adam
- 4 Oktyabr 2018 13:54
- 2 769
Efirlərdən uzaq düşən əməkdar artist ATV-də seriala çəkilir - Video
O, "Sevgi naminə" serialında baş rolda oynayacaq.
Uzun müddətdir efirlərdən uzaq düşən, əməkdar artist Fizuli Hüseynov yenidən tamaşaçıların qarşısına çıxacaq.
Əəməkdar artist yeni mövsümdə ATV telekanalında yayımlanacaq "Sevgi naminə" serialında baş rolda oynayacaq.
AzNews.az xəbər verir ki, Samir Qulamovun qruluşçu rejissoru olduğu serialda Anar Heybətov, Günəş Mehtizadə, Aysel Nazim, Rüfət Nəzər, Əli Əliyev, Vüsalə Şahvəliqızı, Elçin Məmmədli, Asya Atakişiyeva, Əjdər Zeynalov kimi bir çox məşhur simalar da yer alıb.
Qeyd edək ki, dram janrında olan "Sevgi naminə" serialı yaxın günlərdə tamaşaçıların qarşısına çıxacaq.
AzNews.az