Leonid Qaydayın superkomediyasının yubileyidir Leonid Qaydayın superkomediyasının yubileyidir

«İvan Vasilyeviç…» artıq 45 ildir ki, peşəsini dəyişmir - Fotolar

Leonid Qaydayın superkomediyasının yubileyidir

Fəlakətlərdən usanmış yazıçı Mixail Bulqakov 1934-cü ildə "İvan Vasilyeviç” adlı pyesini yazdığı zamanlarda, əbədi qaynaq yaratdığını təsəvvür belə etmirdi. Heç düşünmürdü ki, onun replikalarından ən sadəsi - "Bəli, sən bir ifritəsən!” və ya "Hansı parazit kral tikililərinin qapısını qırmağa cəsarət etdi?” - dillər əzbərinə çevriləcək və rus tamaşaçıları onilliklər ərzində elektrik cərəyanına qoşulacaqlar.

Xoşbəxtlikdən, Bulqakovun pyesi 1936-cı ildə səhnəyə qoyulmadı. Stalindən fərqli olaraq, Bulqakov, çarın imicini və ya onun yaşadığı dövrü ləkələmək istəmirdi, buna heç meylli də deyildi: 1940-cı illərdə İvan Qroznı "rəsmi” tarix elmində və mətbuatında yeganə böyük kral kimi təqdim olunurdu. Onsuz da Bulqakova «Turbinlər günü» və «Moliera» filmləri böyük problemlər yaratmışdı, "İvan Vasilyeviç” yalnız vəziyyəti daha da pisləşdirə bilərdi.

Filmə uğur gətirən məqamlar

Ancaq əsər ekran həllini böyük uğurla tapdı. "İvan Vasilyeviç peşəsini dəyişir” Leonid Qaydayın ən böyük komediyasıdır. Nə "Qafqaz əsiri”, nə "I əməliyyatı»...”, nə də "Brilyant əl” komediyalarının həmmüəllifləri, bu qəbildən, Qaydaya yaxınlaşa biləcək möhtəşəm bir ssenari yazmamışlar.

Filmin ssenarisi Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. O, çarı oynamalı idi. Qayday məhz Yuri Nikulini Bunş-Qroznı roluna təyin etdi. Ona elə gəlirdi ki, Nikulin zahiri görünüşcə məhz hökmdara bənzəyir. Aktyor foto-sınaqlardan çıxdı, amma sonda roldan imtina etdi. Nikulin əmin idi ki, «İvan Vasilyeviç…» filmini SSRİ-də ekranlara buraxmayacaqlar və bütün iştirakçıların zəhməti hədər gedəcək. Ümumiyyətlə, «İvan Vasilyeviç…» filminin müqəddəratı onu nahaq narahat etmirdi. Rəhbərlik hesab etdi ki, Qayday İvan Qroznıya istehza ilə yanaşır və hər epizodu qurdalamağa başladılar. Məsələn, çarın Şurikin mətbəxində kotlet bişirdiyi epizodu kəsdilər. Ümumilikdə, filmin 10 dəqiqəsi kəsildi. Qonaqlıq zamanı Bunş soruşur: «Bu ziyafət kimin hesabınadır? Kim ödəyəcək?" Jorj cavab verir: "Hər halda, biz ödəməyəcəyik”. Əvvəlki çəkilişdə o, "xalqlar” cavabını vermişdi, lakin Qaydaydan Bədii Şurada bu frazanı dəyişməsini istəmişdilər. İsveç səfiri ilə görüşündə isə İvan Vasilyeviç deyir: «Sülh, dostluq!». Bunu «Hitler kaput» sözünə dəyişmək qərarına gəlmişdilər.

Bənzər uğursuzluq filmin başlanğıcındakı «Məhəbbətlə qarşılamaq» mahnısında da var idi. Onu da konkret olaraq Sofiya Rotaru üçün yazmışdılar. Hətta səsyazma da etmişdilər. Amma aydınlaşdı ki, Rotaru komediya mahnılarını oxumur, ciddi və təsirli mahnılara üstünlük verir. Sonda mahnını Nina Brodski səsləndirdi.

İlk vaxtlarda Miloslavski roluna Andrey Mironovdan başqa heç kimi görmürdülər. Lakin kino sınağından sonra bədii şura qərara aldı ki, Mironov filmi həddindən artıq kökdən salır və Yakovlevin personajına heç cür uyuşmur. Başqa aktyorları, həmçinin Vyaçeslav Nevinnıyı da sınamağa başladılar, sonda Kuravun üzərində dayandılar.

Sınaq çəkilişləri zamanı İvan Vasilyeviç roluna həmçinin Yevgeni Lebedev, Yevgeni Yevstiqneyev, Miloslavski roluna isə Andrey Mironovla yanaşı Sergey Nikonenko, Georgi Burkov kimi aktyorlar sınaqdan keçmişdilər.

Çəkilişlər ərəfəsində aktrisa Nina Maslovanın gözünün altında qançır əmələ gəldi. Ona görə də, epizodların demək olar ki, hamısında gözlərini aşağı dikirdi. Qəribə də olsa, bu hərəkət filmə qazanc gətirdi.

Qaydaya yaxınlaşan tamaşaçılar deyirdilər ki, onun öz tilsimi var – qara pişik. Rejissor qara pişiklərin mistik gücünə inanırmış və ona görə də bu filmdə tamaşaçılar onları daim görür. Bir də, mərasimdən əvvəl Qayday həmişə səhnədə boşqab sındırarmış.

Zamanın maşınının maketini, muzdla tutulmuş xüsusi konstruktor bürosu düzəltmişdi. Onlar maşına ağlasığmaz layihə hazırlamışdılar ki, baxdıqda, tamaşaçı doğrudan da inanmazdı ki, tək-tənha sovet mühəndisi belə bir maşını ev şəraitində düzəldə bilər. Layihəni başqa adama – heykəltəraş Vyaçeslav Poçeçniyə verdilər. Onun maşını həyətə gələn kimi vicdanla qazandığı 40 rublu verdilər. Amma qəribəsi bu idi ki, cədvəldə kassirlər yazmışdılar: «Pullar zamanın maşınının ixtirasına görə verilir».

Ekran əsərində «Xahiş edirik, zəhmət olmasa, Anton Semenoviç Şpakı çağırın!” səhnəsində telefon köşkündə Leonid Kuravlyovun arxasınca danışan aktrisa Natalya Kustinskayanı görürük. Yakinin sevgilisini məhz o oynayır. Rəfiqəsinə zəng vuraraq: «Qaloçka, sən maraqdan öləcəksən!» deyir.

Elə bu epizodda Şurikin evini ilk dəfə görürük – mənzil Moskvadakı Novokuznetskaya 17 küçəsində yerləşir. Deyilənə görə, Qayday həmin binanı dolanbac fasadına və bir balkondan digəri göründüyünə görə seçib. Eyni zamanda, balkon Yeni Arbata açılır. Aydındır ki, Novokuznetskdən bunu görmək mümkün deyil.

"Bu ki, həqiqi İvan Qroznıdır!”

Qayday filmdə bir çox tarixi uyğunsuzluqlara yol verib. Məsələn, polis doğulduğu il haqqında İvan Qroznıdan soruşduqda çar cavab verir ki, Məsihin doğulduğu gün, 1533-cü ildəndir. O, 1530-cu ildə anadan olub. Bundan əlavə, həyat yoldaşı Marfa Vasilyevna (Sobakina) əslində yalnız iki həftə çar arvadı olmuşdu – evlilikdən sonra dərhal xəstələnib ölmüşdü. Məhz Marfa Vasilyievnanın kadrda görünməsi (çox şərti olaraq) hadisəsi 1571-ci ilin payızına təsadüf edir. IV İvan rəsmən dörd dəfə evlənib və həyat yoldaşlarının arasında Marfa Vasilyevna da olub. 19 yaşlı Marfa Sobakina car ilə izdivacda cəmi 15 gün olub. Toydan iki həftə sonra o, zəhərlənmədən dünyasını dəyişib.

Başqa bir kadrda Şurik İvan Qroznıya «Paytaxt” arağı təklif edir. Bir versiyaya görə, bu araq üçün formula 1901-ci ildə, başqa birinə görə - 1938-ci ildə Moskvada düşünülüb, amma nədənsə, onu yalnız bir neçə ildən sonra Leninqradın blokadasında istehsal etməyə başladılar.

«Eh, bir dəfə, bir dəfə də yenidən!»

Maqnitofonla olan bu epizod (təsadüfən İvan Vasilyeviç onun üzərinə oturur və işə salır. Oradan qaraçı qız «Heç olmasa, sən mənimlə danış, yeddi simli rəfiqəm mənim» deyir). Vladimir Vısotski mahnını məxsusi olaraq Qayday üçün yazmışdı. Bu, onların uğurlu əməkdaşlığında yeganə hadisə idi (Qayday əvvəllər Vısotskini Ostap Bender rolunda sınamışdı). Sonralar «Eh, bir dəfə, bir dəfə də yenidən!»nə görə, Vısotski «Qaraçı mövzusunda variasiyalar» bəstələməyə başladı.

"İvan Vasilyeviç”in ilk kütləvi nümayişi 1973-cü ilin iyununda Nyu-Yorkda keçirilir. Leonid İliç Brejnevin ABŞ-a səfəri ilə əlaqədar, orada yeni sovet filmlərinin mini-festivalı təşkil edilmişdi. "The New York Times” yazırdı: "İvan Vasilyeviç”də əsasən rejissor işi maraq kəsb edir. Bu, Moskvanın orta təbəqəsinin yaşadığı çoxmənzilli bina divarlarında görünən sürətli çəkilişlərin həmişə gülünc olduğuna inamla bağlıdır. Qara bazarda avtomobillər, film kameraları, kasetlər, tranzistorlar... Bu film nümayiş istehlakçılığının kiçik bir qurtuluşuna bənzəyir”.

Filmin ekranlarda nümayişindən sonra ümumi rəylər belə idi: «…Səni də müalicə edərlər! Məni də! Ancaq tamaşaçıları müalicə etmək gərək deyil: «İvan Vasilyeviç…» xoşlarına gəlir – bu əladır, qoy nə qədər istəyirlər baxıb qəhqəhə çəksinlər!”

Filmin baş qəhrəmanları o zaman üçün çox yüksək qonorar almışdılar. Leonid Qayday filmə quruluş verdiyinə görə, kinostudiyanın kassasından 8 min rubl aldı. Leonid Kuravlov 2312, Yuri Yakovlev 4350, Aleksandr Demyanenko 1663 rubl qazandı. Şuriki oynayan aktyor bir mühəndisin illik gəliri qədər pul əldə etdi.

Film ağ-qara kadrlarla başlayıb, ağ-qara kadrlarla da bitir. Bu, Şurikin yuxuda olmadığı kadrlardır. Onun yuxusu isə rəngli lentdə göstərilir. Filmin quruluşçu rejissoru Leonid Qayday, Yakinin işıq assistenti kimi, vur-tut, 10 saniyəlik epizodik rolda çəkilib. Filmdə Corc Miloslavski Anton Şpaka zəng edir və qadın səsi ilə danışır. Bu səhnəni Nataliya Kustinskaya səsləndirib. Orta əsrləri təsvir edən səhnələrdəki geyimlər bundan əvvəl kinorejissor Sergey Eyzenşteynin 1944-cü ildə çəkdiyi "İvan Qroznı" filmində istifadə olunmuşdu. Filmə 1 il ərzində 60 milyondan çox tamaşaçı baxmışdı. Bu film Amerika tamaşaçılarına "İvan Vasilyeviç: gələcəyə qayıdış" ("Ivan Vasilievich: Back to the Future") adı ilə tanışdır. (kaspi.az)

© AzNews.az

image description image description image description