Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 26 Sentyabr 2019 23:47
  •  1 902

Kənd məktəbində yanğın

Faktla bağlı araşdırma aparılır

Qax rayonunda orta məktəbdə yanğın baş verib.

Hadisə axşam saatlarında Marsan kənd tam orta məktəbində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində məktəbin idman zalında 2 kvadratmetr hissədə döşəmə yanıb.

Yanğın söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az